“Avropada müharibə xəbərlərindən çox narahatam”

“Avropada müharibə xəbərlərindən çox narahatam”

BMT-nin baş katibi Antoniu Quterreş Avropada mümkün hərbi münaqişə ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.

“Mən Avropada mümkün hərbi münaqişə ilə bağlı artan gərginlikdən və fərziyyələrdən dərin narahatam”, – o deyib. “Avropa və qlobal təhlükəsizlikdə insan əzablarında, dağıntılarda və zərərdə qiyməti, hətta bu barədə düşünmək üçün çox böyükdür”, – A.Quttereş əlavə edib.

Baş katib bildirib ki, Ukrayna ətrafında bütün məsələlər diplomatiya çərçivəsində həll edilməlidir, alternativə belə, yol vermək olmaz.

“Biz belə fəlakətli toqquşma ehtimalına belə, yol verə bilmərik. Yaxın saatlarda və günlərdə bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm. Bu gün (dünən-red) səhər Rusiya və Ukraynanın xarici işlər nazirləri ilə danışdım. Açıq şəkildə dedim ki, diplomatiyaya alternativ yoxdur. Bütün məsələlər, hətta ən mürəkkəb məsələlər də diplomatik çərçivədə həll edilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB