“Rusiyanın Ukraynanı ola biləcək işğalının Avropada yeni bir mühacir axınına gətirib çıxarması gözlənilir”. SİA xəbər verir ki, bu sözləri Polşanın Daxili İşlər naziri Mariuş Kaminski (Mariusz Kaminski) bölgə rəhbərliklərinin və bələdiyyələrin Ukraynada döyüş çıxarsa mühacir qəbuletmə ehtimallarından danışarkən deyib. O, həftə sonu üçün bələdiyyələrdən ola biləcək mühacir axınına qarşı yerləşmə mərkəzlərinin siyahısı ilə bağlı məlumatı 48 saat içində Daxili İşlər Nazirliyinə vermələrini tələb edib.
Polşanın Daxili işlər nazirinin müavini Macey Vasik (Maciej Wasik) də bir milyona yaxın ukraynalı mühacirin ölkəyə girmə ehtimalı üzərində dayandıqlarını söyləyərək bildirib: "Ən pis ssenariyə belə hazır olmalıyıq. Bir milyona yaxın Ukrayna mühacir dalğasına hazırlıqlı olmaq üçün addımlar atırıq. Polşa hökuməti Rusiya ilə gərginliyin yüksəldiyi Ukrayna ilə həmrəylik içində hərəkət edəcək. Cenevre Müqaviləsinə uyğun olaraq bu insanlar Polşa qoruması altına düşəcək və köməyə ehtiyacı olan adamlara xeyr deməyəcəyik."
Qeyd edək ki, 2015-ci ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Polşa Ukrayna vətəndaşlarının sığınma tələblərinin 99 faizini rədd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB