Türkiyədə koronavirusdan 266 nəfər ölüb

Türkiyədə koronavirusdan 266 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 266 nəfər ölüb.

SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 438 min 553 nəfərin test edildiyi, 76 min 632 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 74 min 936 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə