...Bu gün siyasi analitiklərin fikrincə, yaz ərəfəsində yenidən başlaya biləcəyi ehtimal olunan müxalifətin küçə dalğası ilk növbədə müharibədən sonrakı dövrün faktlarını inventarlaşdırıb, tələb və metodologiyanı dəqiqləşdirməlidir.
Bundan əlavə, Nikolun zorakı addımlarına qarşı çıxıb onun istefa verməsinə nail olmaq lazımdır. Bu gün Nikola müraciət edib, onu başa salmağa çalışmağın isə heç bir mənası yoxdur. Çünki o xoşluqla getməyəcək. Burada ölkədəki deputatların yüksək şüuruna ümid etməyin də heç bir mənası yoxdur, çünki onlar hətta ictimaiyyətdən də çox Paşinyan tərəfindən təzyiq və şantaja məruz qalırlar.
Bundan əlavə, bəzi müxalifət nümayəndələri bu günkü Ermənistanda mitinq mübarizəsinin səmərəsiz olduğunu iddia edirlər. Onlara görə, hazırkı şəraitdə Paşinyanı öz üsulları ilə hakimiyyətdən uzaqlaşdırmaq elə də asan olmayacaq, yəni bu mümkün deyil.
Qeyd edək ki, burada erməni mediası bununla bağlı ölkə müxalifətinə sual ünvanlayır: niyə onlar parlament platformasından mümkün qədər çox və qəti şəkildə istifadə etmirlər? Məsələn, bəzi erməni mediasının iddiasına görə, bunun üçün Nikolla bağlı kifayət qədər əsaslar da var. Misal üçün, sən demə, Paşinyanda nəninki vətən hissi, heç elementar insan empatiyası, mərhəmət belə yoxmuş. Amma onda hakimiyyətə, pula, sərvətə sonsuz dərəcədə hərislik varmış. Hətta deyilənə görə sərvət hərisliyində o özündən əvvəlki həmkarlarını da üstələyir. Qeyd edək ki, bütün bunları ermənilər lap bu günlərdə “kəşf ediblər”.
...Ona görə də, ölkədəki müxalifətçi deputatlar hər vasitə ilə Nikolun hakimiyyətdən uzaqlaşdırılmasına nail olmalıdırlar. Burada da müxtəlif variantlar var. Məsələn, niyə ölkə parlamentində müxalifəti təmsil edən deputatlar öz mandatlarından imtina etmirlər? Əgər onlar toplum halda bu addımı atsalar, təbii ki, bu halda ölkə daxilindəki siyasi və dövlət böhranının qarşısını almaq mümkün olmayacaq. Bax, bu əsil şansdır.
Bu məqsədə çatmaq üçün isə, ilk növbədə parlament platformasından istifadə edilməlidir. Təbii ki, bu gün müxalifətin ölkə parlamentində azlıq təşkil etməsi də, bəhanə kimi qəbul edilməməlidir. Bundan əlavə, hazırda Nikoldan narazı deputatların da xidmətindən yararlanmaq olar. Yəni hökumətdən olan deputatlarla fərdi şəkildə işləyib onları Nikoldan qoparmağın artıq zamanı çatıb.
Maraqlıdır ki, yenə də bəzi erməni mətbu orqanlarının yazdığına görə, guya bu gün Ermənistanda kütlə təkcə mövcud sosial-iqtisadi kabusdan deyil, həm də “milli rüsvayçılıq"dan narazıdırlar(?).
Təbii ki, ermənilər 44 günlük müharibədəki açı məğlubiyyətlərini hələ də həzm edə bilmirlər. Belə ki, onların Nikol Paşinyana qarşı əksər ittahamlarının kökündə məhz bu “biabırçı məğlubiyyət” dayanır.
Yeri gəlmişkən, bu günlərdə ermənilər 44 günlük müharibə məğlubiyyətini araşdırmaq üçün xüsusi bir komissiya da yaradıblar. Belə ki, komissiyanın rəhbəri Andranik Köçəryan ilk iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada tezliklə Nikol Paşinyanı da 44 günlük müharibənin vəziyyətini araşdırmaq üçün sorğu-suala çağıracağını bəyan edib.
Onu da bildirək ki, bundan əvvəl “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları 44 günlük müharibə şəraitini araşdırmaq üzrə komissiyanın işində iştirakdan imtina etdiklərini bəyan ediblər. Belə ki, onların iddiasına görə, Nikol hakimiyyəti təmsilçisi Andranik Köçəryanın rəhbəri olduğu komissiya hazırkı hakimiyyətin əməllərini obyektiv araşdıra bilməz.
...Bu arada Andranik Köçəryan da açıqlama ilə çıxış edib. Belə ki, onun fikrincə, “...müxalifət baş naziri onları maraqlandıran mövzularda dindirmək imkanını artıq itirib”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB