İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində 15 min litr qeyri-qanuni yanacaq daşıdığı səbəbiylə iki qayığı müsadirə edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Mücteba Qəhrəmani İran dövlət telekanalına açıqlamasında danışıb: “Fars körfəzi sularında qeyri-qanuni yanacaq daşıdığı aşkarlanan iki qayıq İnqilab Keşikçiləri Korpusunun dəniz mühafizəçiləri tərəfindən müsadirə edilib. Fars körfəzindəki ölkələrə yanacaq daşımağa çalışan Qaçaqmalçılar tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB