Hakkaridə "Eren Qış-25" əməliyyatı başlayıb

Hakkaridə "Eren Qış-25" əməliyyatı başlayıb

Türkiyənin Hakkari şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı “Eren Qış-25” əməliyyatı başlayıb.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, qış aylarında bölgədə yerləşən terrorçuları “Axtar-tap-məhv et” taktikası ilə zərərsizləşdirmək, başda hərəkətə keçmək olmaqla bütün hazırlıqlarını puça çıxarmaq və regionda sülh və təhlükəsizlik mühitini gücləndirmək məqsədilə Hakkaridə "Eren Qış-25" əməliyyatı başladılıb.

Əməliyyatda 555 şəxsi heyət və 37 əməliyyat qrupu iştirak edib.

Açıqlamada ölkədə terrorun tamamilə aradan qaldırılması üçün həyata keçirilən "Eren Qış" əməliyyatlarının vətəndaşların dəstəyi ilə inanclı və qətiyyət şəkildə uğurla davam etdiriləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə