Ukrayna prezidenti Baydeni Kiyevə dəvət edib

Ukrayna prezidenti Baydeni Kiyevə dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü telefon danışığı zamanı ABŞ prezidenti Co Baydeni Ukraynaya dəvət edib. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat təhdidinin “qabaqda” olduğunu və ABŞ-ın Kiyevdəki səfirliyini boşaltmasına haqq qazandırdığını deyib.

Zelenski amerikalı həmkarına "İnanıram ki, yaxın günlərdə Kiyevə səfəriniz güclü mesaj və gərginliyin azaldılmasına töhfə olacaq" deyib. Ukrayna da yaxın 48 saat ərzində Rusiya rəsmiləri ilə görüşə dəvət edib. Xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Rusiya sərhəddə hərbi gücləndirmələrin elan edilməsinə dair sorğuya hələ cavab verməyib: "Bundan sonrakı addım növbəti 48 saat ərzində onlardan görüş tələb etmək olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə