Bir müddət bundan əvvəl SİA-nın da qeyd etdiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Kiyevə səfərə dəvət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Zelenskinin ofisinin saytında yayılmış bəyanatda deyilir.
Məlumata görə, Ukrayna lideri bildirib ki, bu səfər yaxın günlərdə vəziyyətin gərginləşməsinə kömək edəcək.
“Volodimir Zelenski Cozef Baydenə verdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib”, – bəyanatda vurğulanır.
Zelenskinin özü belə bir səfərin gərginliyin azaldılmasına töhfə verəcəyini qeyd edib.
“Əminəm ki, sizin yaxın günlərdə vəziyyətin sabitləşməsi üçün həlledici olan Kiyev səfərinz güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək”, – Zelenskinin saytı onun sözlərini sitat gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB