Çilinin şimalında fövqəladə vəziyyət elan edilib

Çilinin şimalında fövqəladə vəziyyət elan edilib

Çili hökuməti miqrasiya böhranı və artan cinayətlə əlaqədar ölkənin şimalındakı bir sıra bölgələrdə fövqəladə vəziyyət tətbiq edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər və ictimai təhlükəsizlik naziri Rodriqo Delqado bildirib.

"Sərhədyanı zonasındakı dörd əyalətdə - Arika, Parinakote, Tamaruqal və El Loedə fövqəladə vəziyyət elan ediləcək".

Onun sözlərinə görə, bu tədbir bölgələrdə ictimai asayişin təmin edilməsinə hərbçiləri cəlb etməyə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə