Fransada keçirilən etiraz aksiyalarında 32 min insan iştirak edib
Fransada COVID-19 pandemiyası ilə əlaqədar sanitar məhdudiyyətlərə qarşı hakimiyyətin razılaşdırdığı aksiyalarda 32 mindən bir qədər çox nümayişçi iştirak edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, Parisdə epidemioloji vəziyyətə görə tətbiq edilən peyvənd keçidləri və məhdudiyyətlərlə razılaşmayan 7,6 min insan küçələrə axınıb. Bundan əlavə, nümayişçilər qiymət artımına, xüsusən də yanacağın bahalaşmasına etiraz ediblər.
Günün sonuna qədər Daxili İşlər Nazirliyi Fransa üzrə 149 etiraz aksiyasını saydı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB