ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində kanadalı pop musiqiçisi Castin Biberin konsertini qeyd etmək üçün şənlik təşkil edilən restoranın yaxınlığında baş verən atışma nəticəsində 3 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, restoranın yaxınlığında dava düşüb və bu zaman bir neçə dəfə atəş açılıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb, onların vəziyyətlərinin sabit olduğu bildirilir. Hüquq-mühafizə orqanları hadisənin heç bir cinayətkar dəstənin fəaliyyəti ilə bağlı olmadığını əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB