Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən bir əcnəbi oğurlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, onlar Ədənə qayıdarkən ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən saxlanılıblar. BMT əməkdaşları ilə birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.
Abyan əyalətindəki qəbilələrdən birinin nümayəndələrinin sözlərinə görə, ekstremistlər əvvəllər Cənub Keçid Şurasının (CKŞ) qüvvələri tərəfindən həbs edilmiş girovların öz silahdaşlarına dəyişdirilməsi ilə bağlı danışıqlar aparmağa çalışırlar. ÇKŞ artıq regionda fəaliyyət göstərən yaraqlıları, o cümlədən “Əl-Qaida” qruplaşması terrorçularını dəstəkləyən “Müsəlman Qardaşları” beynəlxalq birliyini bu insidentdə əli olmaqda ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB