"Batsirai" tropik fırtınası 120 nəfərin həyatına son qoyub

"Batsirai" tropik fırtınası 120 nəfərin həyatına son qoyub

Madaqaskarda "Batsirai" tropik fırtınası 120 nəfərin həyatına son qoyub.

SİA xəbər verir ki, bu barәdә Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə Milli Bürosu mәlumat yayıb.

Mәlumatda tәbii fәlakәt nәticәsindә hәyatını itirәnlәrin sayının 120 nәfәrә yüksәldiyi vә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib. Mәlumatda hәmçinin tropik fırtına sәbәbindәn 30 min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib. Evlәrini tәrk edәnlәr üçün sığınacaq mәrkәzlәrin yaradıldığı qeyd olunub.

"Batsirai" tropik fırtınasının gәlәn hәftә daha ciddi fәsadlara sәbәb olacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə