Aİ Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacaq

Aİ Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacaq

Avropa İttifaqının Ukraynadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini davam edəcək.

SİA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Aİ və onun üzv ölkələri Ukraynaya qarşı mövcud təhlükələri nəzərə alaraq öz hərəkətlərini əlaqələndirirlər. Bizim diplomatik nümayəndəliklərimiz bağlanmayıb”, – Ali nümayəndə qeyd edib.

Borrel qeyd edib ki, heyətin mövcudluğu və Aİ vətəndaşları üçün səyahət məsələləri lazım olduqda tənzimlənir.

“Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik. Xatırladırıq ki, Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüz böyük nəticələrə səbəb olacaq”, – Borrel əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə