Lavrov Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığını deyib

Lavrov Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığını deyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığını bir daha bəyan edib.

SIA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Lavrov Blinkenlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya təcavüz etmək niyyətinin olmadığını bir daha bəyan edib”, - deyə "Reuters" xəbər verib.

Kiyev və Qərb dövlətləri son vaxtlar davamlı olaraq Ukrayna sərhədləri yaxınlığında Rusiyanın aqressiv hərəkətlərinin artdığını bəyan edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə