Yaponiyanın Niiqata əyalətinin Murakami şəhərindəki qənnadı fabrikində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş verən və çətinliklə nəzarət altına alınan yanğında huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan 3 işçini hər şeyə baxmayaraq xilas etmək mümkün olmayıb.
Yanğın zamanı fabrikdə 30 işçinin çalışdığı öyrənilib. Qısa müddətdə hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşının gəlməsi ilə başlayan söndürmə işləri saat 09.00 radələrində başa çatıb. Yanğının dəqiq səbəbi məlum olmasa da, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB