ABŞ-ın Çikaqo şəhərində maskası olmadığı üçün restorana buraxılmayan şəxs içəriyə kərpic ataraq qapını sındırıb.
SİA xarici mətbuata istinadən bildirir ki, hadisə ABŞ-ın Çikaqo şəhərinin Lincoln Park bölgəsindəki məşhur hot-doq restoranında baş verib. Restoranda işçi ilə söhbət edən şəxs bütün cəhdlərinə baxmayaraq içəri girə bilməyib və çöldən cibindəki pulu işçiyə atıb. Daha sonra çölə çıxan təcavüzkar bu dəfə ətrafa tapdığı kərpici ataraq şüşə qapını sındırıb. Həmin anlar təhlükəsizlik kamerasına düşüb. Çikaqo polisi həmin şəxsin həbsdə olmadığını və hadisənin araşdırıldığını vurğulayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB