"Omicron"a qarşı eksklüziv peyvənd hazırlanıb

"Omicron"a qarşı eksklüziv peyvənd hazırlanıb

Tayvandakı Academia Sinica Araşdırma İnstitutu "omicron" mutasiyasına xas yeni bir peyvənd hazırladıqlarını açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, sınaqlarda peyvəndin ilk nəticələrinin müsbət olduğu paylaşılıb. Yeni peyvəndin digər mutasiyalar üzərində də təsirli olduğu müəyyən edilib.

Qeyd edək ki, inkişaf etdirdikləri peyvəndin ənənəvi Covid-19 peyvəndləri ilə müqayisədə neytrallaşdırıcı antikor istehsalında 37 dəfə daha müvəffəqiyyətli olduğunu söylənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə