Tehran bazarında güclü yanğın olub VİDEO

Tehran bazarında güclü yanğın olub VİDEO

Bu gün səhər Tehranda bazarda güclü yanğın olub. SİA-nın məlumatına görə, bunu İranın Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məliki deyib.

C.Məlikinin sözlərinə görə, yanğın nəticəsində minimum 30 mağaza yanıb:“Yanğın nəticəsində xəsarət alanlar barədə hələlik hər hansı məlumat yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, baş verən yanğın hələlik tam şəkildə söndürülməyib. Yanğın nəticəsində bir neçə partlayış da baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə