NATO Rumıniyaya döyüş qrupu göndərir

NATO Rumıniyaya döyüş qrupu göndərir

NATO Ukrayna böhranı kontekstində Moskvanın aqressiv yanaşmasına şərq cinahını gücləndirməklə cavab verməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO bu gücləndirmələrlə məhdudlaşmayacaq, Rumıniyada çoxmillətli döyüş qrupu yerləşdirəcək. Fransa NATO-ya Rumıniyadakı qrupun rəhbərliyini öz üzərinə götürə biləcəyini çatdırıb.

Hazırda Estoniya, Latviya, Litva və Polşada dörd döyüş qrupu fəaliyyət göstərir. Bu qrupların rəhbərləri də Böyük Britaniya, Kanada, Almaniya və ABŞ-dadır. Onlara təyin olunan əsgərlərin sayı ümumilikdə beş minə yaxındır. Yeni gələnlər Rumıniyadakı döyüş qrupunu izləyə bilərlər. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, üç müttəfiq və iki tərəfdaş ölkənin sahillərinin yerləşdiyi Qara dənizin təhlükəsizliyi həyati strateji əhəmiyyətə malikdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə