Gürcüstan və ABŞ rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstan və ABŞ rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ABŞ-ın Tbilisidəki səfiri Kelli Deqnan ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, görüşdə regiondakı vəziyyət və təhlükəsizlik məsələləri, eləcə də Ukrayna ətrafında gedən proseslər diqqət mərkəzində olub.

Söhbət zamanı, təhlükəsizlik məsələləri üzrə ABŞ-Rusiya dialoqu və bu prosesdə ABŞ-ın tərəfdaşlarla sıx əməkdaşlığına da toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə