BMT: Ötən ay Yəməndə 234 mülki şəxs öldürülüb

BMT: Ötən ay Yəməndə 234 mülki şəxs öldürülüb

2022-ci ilin yanvarında Yəməndə 234 dinc sakin öldürülüb.

SİA xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin ofisinin hesabatında deyilir.

Məlumata görə, bu, yəmənlilər üçün son üç ildə ən yüksək ölüm sayıdır.

BMT davam edən toqquşmalar fonunda ərəb ölkəsində vəziyyətin pisləşməkdə davam etdiyini vurğulayıb.

Ümumilikdə 2021-ci ildə Yəməndə 769 dinc sakin həlak olub, 1 739 nəfər isə yaralanıb. Ötən il bu ölkədə hər gün orta hesabla 7 mülki şəxs öldürülüb.

2014-cü ildən Yəməndə silahlı qarşıdurma davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə