Tayvanda Ənənəvi Fənər Festivalı başlayır

Tayvanda Ənənəvi Fənər Festivalı başlayır

Tayvanın paytaxtı Taybeydə rəngarəng görüntülərlə başlayan 2022 Ənənəvi Fənər Festivalı 11-20 Fevral tarixləri arasında ziyarətçilərini qəbul edəcək. SİA xarici mətbuata istinadən bildirir ki, Ənənəvi Fənər Festivalında dekorasiya direktoru Akibo tərəfindən xüsusi olaraq hazırlanmış TPE 40 adlı UFO şəklində olan 2,5 tonluq nəhəng Kosmik Fənər diqqət çəkib.

Xüsusi qaldırıcı krana bərkidilən 5 metr uzunluğundakı fənər yerdən 6 metr yüksəkliyə qaldırılaraq tüstü və işıq oyunları ilə müşayiət olunan 3 dəqiqəlik uçuş şousu nümayiş etdirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə