Paşinyan Arayikin planlarını alt-üst etdi

Paşinyan Arayikin planlarını alt-üst etdi

Nikol Paşinyan Qarabağda hələ də varlığını qorumağa çalışan və Rusiya sülhməramlılarının çətiri altında mövcud olan erməni separatçılarının ələbaşısı Arayik Arutyunyanın koalisiya idarəçiliyi modelini tətbiq etmək və müxalifət nümayəndələrini "hökumət"ə cəlb etmək proqramını həyata keçirməkdən imtina edib. Bu barədə Hraparak” qəzeti də yazır.

Xatırladaq ki, Arayik Arutyunyan ilin əvvəlində "parlament"in və "icra hakimiyyəti" nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirərək, əslində, 2020-ci il müharibəsindən sonra həyata keçirəcəyini vəd etdiyi proqramı açıqlamışdı. Lakin sonra Paşinyan bunu dəstəkləməkdən imtina edib, müxalifətin Qarabağın idarəçiliyinə cəlb olunmasına imkan verməyib.

Əslində bu mövzu keçən ilin sonunda, Paşinyanın məlum müsahibəsindən sonra baş nazirin Qarabağın statusu mövzusunun qapandığını açıqlayandan sonra yenidən aktuallaşıb. Arayik Arutyunyan isə yanvarın 21-də hazırlanmış sxemi həyata keçirəcəyini və bununla da Paşinyanı "respublika hökumətinə keçmiş məmurları və müxalifətçiləri cəlb edəcəyi" ilə hədələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə