Meksikada il ərzində beş jurnalist öldürülüb

Meksikada il ərzində beş jurnalist öldürülüb

Meksikada jurnalist öldürülüb.

SİA “RİA Novisti”yə istinadən xəbər verir ki, bu barədə Milenio TV açıqlama yayıb.

Jurnalist Heber Lopez Vaskes Meksikanın Oaxaka ştatında avtomobilinə minərkən güllələnib. Hadisə ilə bağlı iki qatil saxlanılıb.

"Qatillər həbsdədir və biz müvafiq istintaq hərəkətlərini davam etdiririk",-deyə Oaxaca ştatının prokuroru Arturo Peimbert məlumat verib.

Bu, ilin əvvəlindən Meksikada baş verən beşinci jurnalist qətlidir. Yanvarın sonunda jurnalistlər ölkənin 40 şəhərində qatillərin cəzasız qalmamaları və cinayətlərin araşdırılmasını tələb edərək, etiraz aksiyası keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə