Rusiyada An-2 təyyarəsi qəzaya uğrayıb

Rusiyada An-2 təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsi qəzaya uğrayıb.

SIA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

"Xilasedicilər Elizovski bələdiyyəsinin Koryaki kəndi yaxınlığında yüngülmühərrikli An-2 təyyarəsinin qəzaya uğradığı yerə gedirlər", - deyə açıqlamada bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə