Zelenski Stoltenberqlə sammitdə iştirak imkanını müzakirə edib

Zelenski Stoltenberqlə sammitdə iştirak imkanını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.

SİA xəbər verir ki, telefon danışığı zamanı iyunda Madriddə keçiriləcək NATO sammitində Kiyevin iştirak imkanı müzakirə edilib.

“Mən Yens Stoltenberqlə telefonla NATO-nun Rusiyanın təhdidlərinə cavab olaraq gördüyü diplomatik tədbirləri müzakirə etdim. Gərginliyin azaldılması üçün alyans üzvlərinə mövqeyinə görə minnətdaram. İyun ayında Madriddə keçiriləcək NATO sammitində Ukraynanın iştirakına da toxunulub”, - deyə Zelenski "twitter"də yazıb

Bütün xəbərlər Facebook səhifəmizdə