Çexiyada idarəetmədən çıxan avtomobil səkidə gedən qadını vurub. Kəllə-beyin travması alan qadının həyati təhlükəsinin olduğu, sürücünün isə yüngül xəsarət aldığı bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Çexiyanın paytaxtı Praqanın Dolni Mecholupy rayonunda maraqlı qəza baş verib.
Sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirərək beton maneələrə daha sonra isə səkidə duran 49 yaşlı qadına çırpılıb. Qadını vuran avtomobil dayanmış avtomobilə və binanın divarına çırpılaraq dayanıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB