Rusiyada yoluxma rekord həddə çatıb - 200 min

Rusiyada yoluxma rekord həddə çatıb - 200 min

Rusiyada Covid-19 hadisəsi ilk dəfə 200 min həddinə çatıb və bir gündə 197 min 76 hadisə aşkar edilərək rekord qırılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyada Covid-19-un Delta mutasiyasından sonra "Omikron"un sürətlə yayılması hadisələrin sayının sürətlə artmasına səbəb olub. Yeni il öncəsi 20 minin altına düşən hadisələrin sayı bu gün 200 min limitinə əsaslanaraq yeni bir rekord qırdı.

Qeyd edək ki, son 24 saatda 197 min 76 nəfərin testi müsbət çıxıb, ölkədə ümumi yoluxma sayı 13 milyon 527 min 845-ə çatıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə