İspaniyada açıq havada maskadan istifadə tələbi ləğv edilib

İspaniyada açıq havada maskadan istifadə tələbi ləğv edilib

İspaniyada fevralın 10-dan etibarən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.

SİA-nın xəbərinə görə, yeni qərara əsasən məktəblərdə də tənəffüs vaxtı maskadan istifadə məcburi olmayacaq. Bu, yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayının azalması ilə əlaqələndirilir.

Bununla belə, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda və sosial məsafənin saxlanılması mümkün olmayan yerlərdə maskadan istifadə məcburiyyəti qüvvədə qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə