İtaliyanın Emiliya bölgəsində 4 və 4,3 bal gücündə iki zəlzələ baş verib.
SİA xəbər verir ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu zəlzələnin episentrinin Piano şəhərindəki Baqnolo və Korreggio bələdiyyələri olduğunu açıqlayıb.
Hadisə nəticəsində insanlara və hər hansı əmlaka ziyan dəymədiyi bildirilir. Bununla belə, mülki müdafiə qrupları, yanğınsöndürmə briqadası və polis tərəfindən yoxlamalar aparılır.
Xatırladaq ki, Emiliya regionunda 2012-ci ildə baş vermiş 6 bal gücündə zəlzələ ciddi fəsadlar törətmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB