Konqo Demokratik Respublikasında güclü külək nəticəsində 5 uşağın yoxa çıxdığı bildirilib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Cənubi-Kivu vilayətinin Buhavu şəhərinin Mubuqu bölgəsində gecə saatlarında başlayan güclü külək yerini leysan yağışa buraxıb. Rayonda güclü külək nəticəsində 300 ev dağılıb, 1500 evə ziyan dəyib. 5 uşağın itdiyi fəlakətdə bir çox heyvan da tələf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB