Pekka Haavisto: ‘‘Türkiyәnin oynadığı rolu alqışlayırıq’’

Pekka Haavisto: ‘‘Türkiyәnin oynadığı rolu alqışlayırıq’’

Finlandiyanın xarici işlәr naziri Pekka Haavisto Türkiyәnin NATO çәrçivәsindә oynadığı rolu alqışladıqlarını vә bu rolun yalnız Avropa üçün deyil ölkәsi üçün dә çox әhәmiyyәtli olduğunu bildirib.

SİA xəbər verir ki, Pekka Haavisto Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu ilә keçirdiklәri görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edib.

Haavisto yeni növ koronavirus epidemiyasına yoluxan prezident Rәcәb Tayyib Әrdoğana şәfa dilәyib.

Türkiyәnin NATO üzvü olduğunu bildirәn Haavisto deyib: ‘‘Türkiyәnin NATO çәrçivәsindә oynadığı rolu alqışlayırıq. Bu rol yalnız Avropa üçün deyil Finlandiya üçün dә çox әhәmiyyәtlidir’’.

Mövlud Çavuşoğlu ilә Türkiyә ilә Finlandiya arasında gәlәcәkdә nәlәr edә bilәcәklәrini qiymәtlәndirdiklәrini bildirәn Haavisto rәsmi Ankara ilә Helsinki arasındakı ticarәt әlaqәlәrini güclәndirmәklә bağlı qәrar qәbul etdiklәrini dilә gәtirib.

Haavisto Finlandiya ticarәt naziri Ville Skinnarinin Türkiyәyә sәfәr edәcәyini bu çәrçivәdә Türkiyә ilә Finlandiya arasındakı ticari-iqtisadi әlaqәlәrin inkişaf edәcәyinә ümidvar olduqlarını deyib.

Әfqanıstandakı vәziyyәtә dә toxunan Haavisto deyib: ‘‘Türkiyәnin rolunu alqışlayırıq. Türkiyә Suriyadan vә humanitar böhran yaşayan digәr ölkәlәrdәn qaçqınları vә miqrantları qәbul edәn bir ölkәdir. Әfqanıstanda humanitar vәziyyәtin pislәşmәmәsi üçün әlimizdәn gәlәni etmәk mәsәlәsindә qәtiyyәtliyik’’.

Pekka Haavisto Türkiyәnin Kabil hava limanının yenidәn açılması üçün göstәrdiyi sәylәr vә bu ölkәyә etdiyi humanitar yardımları da alqışladıqlarını dilә gәtirib.

Bütün xəbərlər Facebook səhifəmizdə