Nigeriya elektrik enerjisi probleminə həll yolları axtarır

Nigeriya elektrik enerjisi probleminə həll yolları axtarır

Neft ehtiyatları baxımından zəngin olan Nigeriya elektrik problemini aradan qaldırmaq üçün Yaponiyadan 200 milyon dollar kredit tələb edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Nigeriyanın energetika naziri Abubakar Aliyu açıqlama verib. Nazir bildirib ki, Laqos və Oqun əyalətlərində yaşanan elektrik enerjisi problemini aradan qaldırmaq üçün Yaponiyadan 200 milyon dollar kredit alacayıq. Əliyunun sözlərinə görə kreditlə iki ştatda yüksək gərginlikli elektrik verilişi xətləri və 6 yüksək gərginlikli yarımstansiya yaradılacaq.

Qeyd edək ki, Afrika qitəsinin ən çox xam neft hasil edən ölkəsi olan Nigeriya 2022-ci ildə orta hesabla 90 dollar/barel qiymətlə gündəlik 3 milyon barrel xam neft hasil etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə