Afrində canlı bomba hücumunun qarşısı alınıb

Afrində canlı bomba hücumunun qarşısı alınıb

Suriyada Menbicdən Afrinə gedən bölücü terror təşkilatı PKK/PYD-YPG üzvü 1-i kişi, 3-ü qadın 13 kiloqram ağırlığında C4 partlayıcı ilə yaxalanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Suriya İşçi Qrupu Afrin Kəşfiyyatçılarının gördüyü işlər nəticəsində Mənbicdən Afrinə gedən 4 PKK/PYD-YPG-li terrorçu 13 kiloqram partlamağa hazır C4 partlayıcısı və telefon cihazı ilə 4 kamikadze jiletlə yaxalanıb.

Bundan başqa, kəşfiyyat məqsədilə Afrin Xüsusi Əməliyyatlar şəhərciyinin fotosunu çəkən şəxs də saxlanılıb.

Həmin şəxsin ifadəsində fotoları pul müqabilində terror təşkilatına göndərmək üçün çəkdiyini etiraf etdiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə