İtalyalı dahi Leonardo Da Vinçinin 500 il əvvəl hazırladığı helikopter havaya qalxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Merilend Universitetinin mühəndis qrupu Leonardo Da Vinçinin 1480-ci illərin sonlarında çəkdiyi dizaynı həyata keçirmək üçün 2019-cu ildən çalışır. Komanda öz nəticələrini keçən həftə Kaliforniyada keçirilən "Transformative Vertical Flight 2022” adlı uçuş texnologiyaları konfransında təqdim edib.
Konfrans zamanı təyyarənin qısamüddətli uçuşları zamanı lentə alınan videoçarxlar da nümayiş etdirilib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB