Dujarik Әfqanıstanda itkin düşәn 6 qadın fəal ilə bağlı bәyanat verib
Birlәşmiş Millәtlәr Tәşkilatı Әfqanıstanda tәxminәn 3 hәftә әvvәl itkin düşәn 6 qadın fəalın hәlә dә tapılmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, BMT Baş katibinin sözcüsü Srefan Dujarik deyib: ‘‘Kabildә qadın hüquqları ilә bağlı keçirilәn aksiyalar sәbәbindәn saxlanılan ya da girov götürülәn qadın fəallar vә qohumlarının harada olduqları haqqında hәlә dә bir mәlumat yoxdur’’.
Stefan Dujarik Talibandan qadın aktivistlәrlә bağlı mәlumat istәdiklәrini ifadә edәrәk şәffaf istintaqın keçirilmәsi ilә әlaqәdar çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB