İran 1450 kilometr mənzilli yeni ballistik raketini ictimaiyyətə təqdim edib. SİA xarici mətbuata istinadən bildirir ki, yeni raket yüksək rütbəli hərbçilərin İnqilab Keşikçiləri Korpusunun raket bazasına səfəri zamanı təqdim edilib. Raketin “İnqilab Keşikçiləri Korpusu tərəfindən hazırlanmış, bərk yanacaqla təchiz edilmiş, yüksək manevr qabiliyyəti ilə raket qalxanlarına nüfuz edə bilən üçüncü nəsil uzaqmənzilli strateji silah” olduğu qeyd edilib. Raketin adının 7-ci əsrdə Xeybər döyüşü zamanı müsəlmanlar tərəfindən ələ keçirilən yəhudi qalasına aid edildiyi güman edilir. Maraqlıdır ki, 1450 kilometr mənzilli yeni raket ABŞ-ın bölgədəki bazalarını və İsraili vurmaq gücündədir. İsrailin İrana ən yaxın nöqtəsi min kilometrə yaxındır. İranın artıq 2000 kilometr mənzilli raketləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB