KİV: Ermənistan əhalisinin sayı azalmaqda davam edir

KİV: Ermənistan əhalisinin sayı azalmaqda davam edir

Ermənistanda yaşayan əhalinin sayı azalmaqda davam edir.

SIA Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, ölkənin Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvarın 1-i üçün ölkədə daimi yaşayan sakinlərin sayı 2 milyon 961 min nəfər təşkil edib.

“2021-ci ilin analoji dövründə isə bu göstərici 2 milyon 963,3 min nəfər təşkil edirdi. Beləliklə, 1 il ərzində ölkədə daimi yaşayan sakinlərin sayı 2,3 min nəfər azalıb”, - deyə qəzet yazır.

“Joğovurd” ölkədə əhali sayında azalmanın davamlı tendensiya halına gəldiyini qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə