Kanadada tibbi maska məhdudiyyəti ləğv edilir

Kanadada tibbi maska məhdudiyyəti ləğv edilir

Kanadanın Saskaçevan regionu ölkədə koronavirus məhdudiyyətlərinin sona çatması ilə bağlı qərar qəbul edən ilk bölgə olub.

SİA-nın əldə etdiyi məlumata görə, qərara əsasən, fevralın 14-dən peyvənd olunmamış vətəndaşların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran peyvənd pasportu rejimi fəaliyyətini dayandıracaq. Obyektlərdə tibbi maska rejimi isə martın 1-dən ləğv ediləcək.

Kanadanın baş həkimi Tereza Tam bildirib ki, ölkə hakimiyyəti COVID-19 pandemiyası ilə bağlı mövcud məhdudiyyətlərə, o cümlədən peyvənd pasportlarına olan ehtiyaca yenidən baxmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə