Kolumbiyada torpaq sürüşməsi qurbanlarının sayı 14 nəfərə çatıb

Kolumbiyada torpaq sürüşməsi qurbanlarının sayı 14 nəfərə çatıb

Kolumbiyanın qərbində yerləşən Doskebradas şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə qonşu Pereyra şəhərinin meri Karlos Maya məlumat verib.

"Təəssüf ki, artıq 14 ölü, 29 yaralı var və 1 nəfər itkin düşüb", - deyə o bilidirb.

Hadisə baş verən əraziyə yaxın 15 ailə təxliyə edilib.

***

22.45

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

SİA xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb

Təbiət hadisəsi Otun çayının məcrasını bağlayıb. Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə