Blinken ilə Çavuşoğlu nələri müzakirə ediblər?

Blinken ilə Çavuşoğlu nələri müzakirə ediblər?

ABŞ Dövlət katibi Entoni Blinken ilə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin Ukrayna ətrafındakı gərginliklə bağlı koordinasiyasını, eləcə də türk-erməni münasibətlərinin normallaşmasını müzakirə ediblər.

SİA xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsi məlumat yayıb.

"Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu sonrakı koordinasiya yollarını və Rusiyanın Ukraynaya yeni təhdidlərinə qarşı NATO-nun birliyini müzakirə ediblər", - məlumatda deyilir.

Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini xüsusi vurğulayıb.

"Hər iki rəhbər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də ABŞ-ın bu səyləri dəstəkləmək üçün əlavə hansı addımlar ata biləcəyi barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin Amerika-Türkiyə arasında olan möhkəm əlaqələrin dəstəklənməsi imkanlarını da nəzərdən keçiriblər", - məlumatda bildirilir.

Bu yaxınlarda Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com