YPG/PKK ilә Bәşәr Әsәdә sadiq olan qüvvәlәr arasında qarşıdurma olub

YPG/PKK ilә Bәşәr Әsәdә sadiq olan qüvvәlәr arasında qarşıdurma olub

Suriyanın Deyrizor şәhәrinin Aşşara bölgәsindә terror tәşkilatı YPG/PKK ilә Bәşәr Әsәdә sadiq olan qüvvәlәr arasında baş verәn qarşıdurma nәticәsindә 3 mülki vәtәndaş hәyatını itirib.

SİA-nın əldə etdiyi məlumata görə, yerli mәnbәlәr terror tәşkilatı YPG/PKK ilә Bәşәr Әsәdә sadiq qüvvәlәr arasında qarşıdurmanın yaşandığını bildirib. Mәlumata görә, terror tәşkilatı YPG/PKK Curzi kәndindәn Deblan kәndinә neft daşıyan bir qrupa hücum edib.Sözügedәn qrup Bәşәr Әsәdә sadiq olan qüvvәlәrin nәzarәtindәki Deblan kәndinә qaçıb. Bu sәbәbdәn terror tәşkilatı YPG/PKK ilә Bәşәr Әsәdә sadiq olan qüvvәlәr arasında qarşıdurma yaşanıb. Qarşıdurma nәticәsindә biri qadın olmaqla üç mülki vәtәndaş hәyatını itirib.

Qarşıdurmalar sәbәbindәn YPG/PKK-nın nәzarәtindәki Curzi, Süveydan vә Ebu Hardub kәndlәri ilә Bәşәr Әsәdә sadiq qüvvәlәrin nәzarәtindәki Deblin vә Qreyba kәndlәrindәn onlarla aile köç etmәk mәcburiyyәtindә qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə