Belarus Suriyaya әsgәr göndәrәcәk

Belarus Suriyaya әsgәr göndәrәcәk

Belarus Suriyaya 200-ə qədər əsgər göndərməyi planlaşdırır.

SİA xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustinin təsdiq etdiyi Rusiya ilə Belarus arasındakı sazişә әsasәn, Belarus qoşunları müharibə bölgәsindәn kənarda yaşayan əhaliyə “humanitar yardım” çatdırmağa çalışacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 3-də bildirib ki, bu il Belarusla 20-dən çox birgə hərbi təlim keçirəcəklər.

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Minskdә görüşən Sergey Şoyqu bildirib ki, Rusiya və Belarus fevralın 10-u ilә 20-si arasında “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi keçirəcəklər.

Lukaşenko həmçinin sözügedən təlimlərlə Ukrayna ilə sərhədi gücləndirməyi hədəflədiklərini ifadә edәrәk "Vəziyyət gərginləşir. Biz cavab verməyə məcburuq" demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə