Fransalı jurnalist bu ölkədən qovuldu

Fransalı jurnalist bu ölkədən qovuldu

Afrika ilə bağlı nəşrləri ilə tanınan Fransanın Jeune Afrique jurnalının müxbiri Benjamin Rocer Malidən qovulub.

SİA xəbər verir ki, "Jeune Afrique" jurnalın rəhbərlik ofisindən yayılan açıqlamada, Parisdə yaşayan, lakin fevralın 7-də Malinin paytaxtı Bamakoda səfərdə olan Rocerin qaldığı oteldə nəzarətə götürüldüyü bildirilib. Jurnalistin ölkəyə etibarlı viza ilə daxil olduğu və kimliyini gizlətmədiyi ifadə edilən açıqlamada fransız jurnalistin polis idarəsində dindirildikdən sonra deportasiya edildiyinə diqqət çəkilib və hadisənin qınandığı vurğulanıb.

Xatırladaq ki, Malidə ən son 2018-ci ildə Fransanın RFI radio müxbirinin akkreditasiyası ləğv edilib, lakin o vaxtdan bəri heç bir jurnalist deportasiya olunmayıb. Ancaq hərbçilərin üstünlük təşkil etdiyi keçid hökuməti keçən ay xarici jurnalistlər üçün yeni akkreditasiya prosesinin başladılacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə