Böyük Britaniya 350 dəniz piyadasını Polşaya göndərəcək.
SİA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Şotlandiyanın Arbroat şəhərində yerləşən 45-ci batalyonun hərbi qulluqçuları yaxın vaxtlarda Polşaya yerləşdiriləcək.
“Onlar Ukrayna sərhədində davam edən gərginlik şəraitində Polşa Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB