İdmançılar olimpiadadan şikayətlənirlər

İdmançılar olimpiadadan şikayətlənirlər

Pekin-2022 Qış Olimpiya Oyunlarında idmançılara davamlı olaraq tətbiq edilən karantin qaydaları, yemək, içki və yaşayış şəraiti ilə bağlı problemlər səbəbindən gündəmdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial media hesabında yaşadıqlarını ağlayaraq danışan belçikalı idmançı Kim Meylemans olimpiya gündəminə damğasını vurub. İdmançı paylaşdıqları paylaşımlarda ümumiyyətlə düşərgələrdəki yerləşmə şəraitindən, verilən yeməklərdən, təcridxanalardan və hava şəraitindən şikayətlənirlər.

Qeyd edək ki, alman xizəkçisi Christian Schwaiger Pekində idmançılara təklif olunan menyuların kifayət qədər məhdud olduğunu bildirib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə