7 qayıq yanaraq kül oldu

İranın cənubundakı Aseluye şəhər limanında 7 ticarət gəmisi yanğın nəticəsində yararsız hala düşüb. SİA xarici mətbuata istinadən bildirir ki, yanğınsöndürənlər yanğının limandakı digər qayıqlara keçməməsi üçün yanan qayıqları digərlərindən ayırıb. Yanğının səbəbləri araşdırılır. Yanğın zamanı ölən və yaralanan olmayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə