UNESCO, Covid-19 pandemiyası səbəbi ilə sənət və mədəniyyət səhəsində 10 milyona yaxın insanın işsiz qaldığını açıqladı və bunun böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, incəsənət və yaradıcılıq ən sürətlə inkişaf edən sahələrdən biridir, lakin pandemiyadan səbəbindən işsizliyə səbəb olub.
UNESCO-nun hesabatına görə, 2020-ci ildə pandemiya nəticəsində bütün dünyada yaradıcı sshəsində 10 milyon iş yeri itirib. Rəqəmsallaşmanın artması nəticəsində sənət adamları və yaradıcılıq sektorunda çalışanlar dolanışığı ilə mübarizə aparırlar.
Birləşmiş Millətlər Təşkilatının YUNESKO mədəniyyət agentliyinin baş direktoru Audrey Azoulay hesabatın ön sözündə Covidin "mədəniyyət sektorunda görünməmiş bir böhrana" səbəb olduğunu söylədi: "Dünyada muzeylər, kinoteatrlar, teatrlar və konsert salonları - yaratmaq və paylaşmaq üçün yerlər - öz qapılarını bağladı. Bir çox sənətçilər üçün onsuz da təhlükəli vəziyyət dayanıqsız hala gəldi".
“Yaradıcılıq üçün siyasətlərin yenidən formalaşdırılması” adlı hesabatda qeyd edilir ki, mədəniyyət və yaradıcılıq sektoru dünyada ən sürətlə inkişaf edən iqtisadi sektorlardan biri olsa da, o, həm də dövlət və özəl sektor tərəfindən ən həssas və tez-tez qiymətləndirilməyən sektorlardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB