Polşada 4-cü doza peyvənd tətbiqinə başlanılıb

Polşada 4-cü doza peyvənd tətbiqinə başlanılıb

Polşada koronovirusla mübarizə çərçivəsində 4-cü doza peyvəndləmə prosesi başlayıb. Birinci mərhələdə xərçəng müalicəsi, orqan transplantasiyası, HİV virusu və dializ səbəbiylə immun çatışmazlığı olan 200 mindən çox xəstəyə peyvənd edilməsi hədəflənir. SİA xarici mətbuata istinadən bildirir ki, Polşa Səhiyyə Nazirliyinin sözçüsü korona virusuna qarşı 4-cü doza peyvənd prosesinə başladıqlarını açıqlayıb.

Bu günə qədər 21 milyon 872 min 680 nəfərin tam peyvənd olunduğu, 38 milyonluq ölkədə epidemiyanın başlanğıcından bu yana görülən yoluxma sayı 5 milyon 188 min 184 nəfər, həyatını itirənlərin sayı isə 106 min 607 nəfər açıqlanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə